Bu gün Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə hakimiyyəti qınayan qətnamə qəbul edib.

Qətnamə 474 “lehinə”, 4 “əleyhinə” və 51 “bitərəf” səslə qəbul edib.

Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.

Deputatlar Avropa Komissiyasını “energetika sahəsində Azərbaycanla strateji tərəfdaşlığın dayandırılması” məsələsinə baxmağa da çağırıblar.

Avropalı deputatlar istəyir ki, tərəfdaşlıq haqqında istənilən gələcək saziş bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə əlaqələndirilsin.

Deputatlar “insan hüquqlarını ciddi şəkildə pozan azərbaycanlı məmurlara qarşı Avropa İttifaqının sanksiyalarının tətbiq edilməsi” barədə çağırışlarını da təkrarlayıblar.

Leave A Reply