💶 800 milyard avro! Avropa Birliyinin müdafiəsi üçün!

🇪🇺 Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən fövqəladə sammitdə Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün 800 milyard avroluq müdafiə planını təsdiqləyiblər. Bu qərar ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının paylaşımını dayandırmasının ardından qəbul edilib.

🗣️ Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen tərəfindən təklif edilən bu plan, Avropanın müdafiə imkanlarını artırmağı və Rusiyanın təhdidlərinə qarşı daha müstəqil müdafiə qabiliyyəti qurmağı hədəfləyir.

🇫🇷 Fransa Prezidenti Emmanuel Makron Rusiyanın hərəkətlərini kəskin şəkildə tənqid edərək, Prezident Vladimir Putini imperialist adlandırıb.

🇺🇦 Ukrayna Prezidenti Volodimir Zelenski Aİ-nin həmrəyliyinə görə minnətdarlığını bildirib. Planın əsas məqsədi Avropanın müdafiə qabiliyyətini artırmaq və Ukraynaya davam edən münaqişə şəraitində dəstək olmaqdır.

Leave A Reply