Azərbaycanda ödənişli avtomagistrallarda maksimum sürət hədləri qanunla tənzimlənəcək. Dəyişikliklər “Yol hərəkəti haqqında” qanuna aiddir.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Təklif edilən sürət hədləri nə qədədir?
Minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tonadək olan yük avtomobilləri üçün:
- Yaşayış məntəqələrindən kənarda yerləşən ödənişli avtomagistrallarda saatda 130 km-dən çox olmamaqla;
Avtobuslar, qoşqu ilə hərəkət edən minik avtomobilləri və 3,5 tondan artıq yük avtomobilləri üçün:
- Ödənişli avtomagistrallarda maksimum 90 km/saat.
Avtomagistral nədir?
Yeni təklifdə avtomagistral termininə də izah veriləcək. Belə ki, başlanğıcı və sonu 5.1 və 5.2 yol nişanları ilə göstərilən yol avtomagistral adlandırılacaq.
Bu yolda:
- Qarşı istiqamətlər ayırıcı zolaq və ya konstruktiv elementlərlə ayrılır.
- Digər yollarla, dəmiryolu, tramvay, velosiped yolu və piyada zolaqları ilə eyni səviyyədə kəsişməsi yoxdur.
- Hər 50 km-dən bir istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunur.
Növbəti addım
Layihə komitə mərhələsindən sonra Milli Məclisin plenar iclasına çıxarıla bilər.
avtomagistrallarda maksimum sürət hədləri