Azərbaycan futbolunda tarixi hadisə yaşanıb.
“Neftçi”nin Yüksək Liqada çıxış edən komandası səfərdə “Olimpiya”ya 41:0 hesabıyla qalib gəlib.
Maraqlıdır ki, 38 qolu bir oyunçu vurub.
“Ağ-qaralar”ın kapitanı Aysun Seydiyeva Ağcabədi təmsilçisinin qapısından nə az, nə çox, düz 38 top keçirib.
İnanılmaz göstəricəyə imza atan Aysun Seydiyeba millinin də formasını geyinir. O, “Sabah”ın müdafiəçisi Amin Seydiyevin həyat yoldaşıdır.