Ceyhun Bayramov USAID-in Azərbaycanda fəaliyyətinin qanunsuz olduğunu deyib

“ABŞ öz istəyini diktə edərək Azərbaycana qəbul etdirmək istəyir və Azərbaycanın heç bir legitim maraqlarını nəzərə almaq istəmir. USAID-in fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi. 

Biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAID-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur”.

USAID-dən Ceyhun Bayramovun dediklərinə münasibət bildirilməyib. 

Qeyd edək ki, 2 gün öncə Ermənistan və ABŞ strateji tərəfdaşlıq sazişi imzalayıb.

Leave A Reply