Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırıb.

Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanatla çıxış edib:

“AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”.

Qeyd edək ki, bu gün AŞPA-da Azərbaycan nümayəndə heyətinə sanksiya qoyulması müzakirə olunmalı idi.

AŞPA deputatları Azərbaycanda “siyasi məhbusların mövcudluğu, Dağlıq Qarabağdan erməni əhalinin zorakılıqla köçürülməsi və AŞPA-nın 7 fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi kimi dəvət olunmamasını” tənqid edərək Azərbaycan nümayəndə heyətinin 2024-cü ilin üçün etimadnaməsini ratifikasiya etməmişdi.

Leave A Reply