Bu gün avqustun 2-si Azərbaycan Kinosu Günüdür. Prezident H.Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncam ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bu tarixin qeyd ediliməsind kinoşünas Aydın Kazımzadənin xüsusi xidmətlərinin olduğu bildirilir.

O, araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin həmin gündən başlamalı olduğunu bildirib. Qeyd edilir ki, 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir, fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Artıq, həmin gün milli kinonun yaranma günü hesab olunur.

 

Mənbə: Azadlıq Radiousu

Leave A Reply