Sizcə Azərbaycanda haranın təmirə ehtiyacı var?
Bakı Neft Emalı Zavodunun təmiri bitməmiş qardaş Konqoda təmir işlərinə başlayacağıq.
Aprelin 4-də Azərbaycan prezidenti İlham Əliyev ilə Konqo prezidenti Deni Sassu-Nqesson arasında sənədlərin imzalanıb.
Belə ki, tərəflər əməkdaşlıq, o cümlədən “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nı imzalayıblar.
Qeyd edək ki, Bakı Neft Emalı Zavodu təmirə bağlanıb və hələ də modernləşdirmə işləri tam bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.