Azərbaycan və İsrail arasında atıcı silahlar sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik məlumat paylaşıb:

“İsrailin “AS Holdings” və onun törəmə şirkəti, NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq şirkət olan “Ari Arms” 25 sentyabr tarixində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” dövlət şirkəti ilə Strateji Anlaşma Memorandumu imzalayıb.

Bu əvəzolunmaz tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırır, müstəqillik və milli təhlükəsizliyi gücləndirmək üçün birgə inkişafa və səylərə kömək edir. İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak ediblər”, – deyə məlumatda qeyd edilib.

Memorandum sənədi Bakıda keçirilən ADEX Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində imzalanıb.

Leave A Reply