Bu gün dünyanın bir çox yerində Fələstindəki qətliamlara diqqət çəkmək üçün aksiyalar keçirilir.
Aksiyaların əksəriyyəti xarici ölkələrdəki Türkiyə və Azərbaycan səfirlikləri önündə baş verir
Etirazçılar İsrail ordusunun istifadə etdiyi yanacağın Türkiyə vasitəsilə daşınan Azərbaycan nefti olduğunu deyirlər və iki ölkəni “soyqırıma şərik” olmaqda təqsirləndirirlər.
Bakıda da COP29 tədbiri zamanı bir qrup aktivist “Soyqırımın yanacağını doldurmağı dayandırın” şüarı ilə aksiya keçirib.
Aksiya COP29-un keçirildiyi əsas məkanda baş tutub. Aksiyaçılar Azərbaycanın İsrailə neft satmasına etiraz ediblər.
Bundan əlavə, məşhur iqlim aktivisti Qreta Tunberq bu gün Azərbaycanda start götürən COP29 sammitinə qarşı Tbilisidə etiraz etməyə çağırış edib.