Azərbaycanda hər 3 məktəbdən 1-i bağlanacaq.

Səbəb isə “dövlət xərclərinin azaldılması”dır.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır.

Bir neçə gün əvvəl Elm və Təhsil naziri Emin Əmrullayev də oxşar açıqlama verib:

“Rasionallaşmaya ehtiyac var. Ağrılı proses olsa da, biz buna getməliyik”.

Leave A Reply