Azərbaycanın ən böyük neft yatağı Azəri-Çıraq-Günəşlidə neft hasilatı 2015-ci ildən bəri 42% azalıb.
2015-ci ildə Azəri-Çıraq-Günəşli yatağından 232 milyon barel neft çıxarılmışdı. 2023-cü ilin sonunadək Azəri-Çıraq-Günəşli yatağından 134 milyon barel neft çıxarılması proqnozlaşdırılır.
Bu, 7 ildə 98 milyon barel və ya 42% azalma deməkdir.