Azərbaycanın 3 gəmisi heyətlə birgə girov saxlanılır.
Bu barədə uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.
O deyir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Eritreya istiqamətinə yönəldiyi bildirilir.
Kapitanın sözlərinə görə, gəmidəki şəxslər Dubaya işləmək məqsədilə gedirmişlər.
Məsələyə Xarici İşlər Nazirliyi də reaksiya verib. Qurumun mətbuat katibi Ayxan Hacızadə deyib ki, Eritreyada girov götürülən gəmi ilə bağlı məsələni nəzarətə götürülüb, heyətin sərbəst buraxılması üzrə iş aparılır.