Azərbaycan CNN-i məhkəməyə verib
Azərbaycanın qaldırdığı iddia ABŞ-nin Delaver ştatında yerləşən federal məhkəməyə təqdim edilib.
Buna səbəb CNN-in iyunun 5-də yaydığı məqalə olub.
Məqalədə İsrailin İranla müharibə zamanı Azərbaycandan hərbi və kəşfiyyat məqsədləri üçün istifadə etdiyi iddia edilir.
CNN dörd anonim mənbəyə istinad edərək yazmışdı ki, İsrailin xüsusi təyinatlıları, kəşfiyyat əməkdaşları və digər hərbi qüvvələri Azərbaycanın cənubunda, İran sərhədinə yaxın ərazilərdə fəaliyyət göstərib.
Məqalədə bu ərazilərdən İranı izləmək, kəşfiyyat məlumatları toplamaq və dron əməliyyatları aparmaq üçün istifadə edildiyi bildirilirdi.
Azərbaycan tərəfi isə bu məlumatları rədd edir.