Qadınlara zorakılıq artır
2026-cı ilin ilk doqquz ayında Azərbaycanda ən azı 931 qadın fiziki zorakılığa məruz qalıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın açıqladığı məlumata görə, onlardan 906-sı xəsarət alıb, 23-ü isə həyatını itirib.
2025-ci il ərzində qadınlara qarşı fiziki zorakılıqla bağlı 1176 fakt qeydə alınmışdı; bu, ayda orta hesabla təxminən 98 hal deməkdir. 2026-cı ildə isə aylıq orta göstərici 103-ə çatıb.
Bu temp davam edərsə, ilin sonunadək zorakılıq hallarının sayı ötən ilin göstəricisini keçə bilər.


