AzTV ilk dəfə Rusiyanı “aqressor işğalçı” adlandırıb.
AzTV və İctimai TV İran və Rusiyanın adını çəkməklə sərt tənqid edən sujetlər efirə veriblər.
AzTV Ukraynanın ərazilərinin Rusiya tərəfindən işğal edildiyini, dinc insanların Rusiya ordusu tərəfdən öldürüldüyünü deyib.
“İran azərbaycanlıları yeni dövlət qura biləcəkmi” İTV isə efirə belə sujet verib. Reportajda deyilir ki, İranda 30 milyon azərbaycanlı yaşayır və onlar öz dövlətlərini qura bilərlərmi?
TV kanalların bu reportajları sosial şəbəkədə müzakirəyə səbəb olub

Leave A Reply