AzTv siyasi həbslərin başlaması ilə bağlı siqnal verib. Bu barədə iki gün qabaq AzTv-də gedən reportajda deyilib.
“ABŞ-nin Azərbaycandakı xəfiyyələri ifşa edilir: ölkədə “casus ovu” başlayacaq?” adlanan reportaj Azərbaycanda yeni siyasi həbs dalğasının başlayacağı barədə siqnallar verib.
Bundan iki gün keçməmiş “Abzas Media” qurumunun rəhbəri Ülvi Həsənli Bakıda saxlanılıb. İddialara görə, polis “Abzas”ın ofisindən 40 min avro “tapıb”. “Abzas”ın əməkdaşları bu iddianı təkzib edərək, əməliyyatın siyasi olduğunu bildiriblər.
Qeyd edək ki, keçən həftə ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi yenidən aktivləşdirmək barədə qərar verib. Bundan sonra rəsmi Bakıdan ABŞ-a qarşı tənqidi fikirlər səsləndirilməyə başlanılıb.