Elm və təhsil naziri Emin Əmrullayev məlumat verib ki, Azərbaycanda 9 334 müəllim imtahandan keçə bilmədiyi üçün işdən çıxarılıb.
Nazirin sözlərinə görə, 2022-ci ildə başlayan sertifikatlaşdırma prosesi üzrə ümumi statistika belədir:
- 9 334 müəllim uğursuz nəticə göstərib və işdən çıxarılıb;
- 7 947 müəllim 60 yaşını tamamlayaraq əmək fəaliyyətini başa vurub;
- 52 194 müəllim 30-50 bal toplayaraq qənaətbəxş nəticə göstərib;
- 25 508 müəllim isə 51 və daha yuxarı bal toplayaraq yüksək nəticə göstərib.
Nazir çıxışında məktəblərdə aparılan monitorinqlərin nəticələrinə də toxunub. Onun sözlərinə görə, 4 və 5-ci siniflər üzrə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına belə cavab vermir.