“O qapını bağlasam, şagird və müəllimlər qalacaq çöldə”
Zəminə Zahirova deyir ki, mübahisəsi gedən həmin ərazi qanunla ona məxsusdur. Sadəcə məktəbə gedən yeganə yol buradan keçdiyi üçün illərdir etiraz etməyib.
Lakin son illərdə düz qapısının açıldığı yolu avtomobillərin zəbt etməsi və məktəb rəhbərliyi tərəfindən dəmir hasarın mənzilə bitişik yerləşdirilməsi ev sahibini razı salmayıb.
Qeyd edək ki, məktəb 2006-cı ildən fəaliyyət göstərir, lakin vətəndaşın evi 2011-ci ildə tikilib.
Mübahisə isə 2022-ci ildən bəri davam edir.
Zəminə Zahirova deyir ki, mübahisəsi gedən həmin ərazi qanunla ona məxsusdur. Sadəcə məktəbə gedən yeganə yol buradan keçdiyi üçün illərdir etiraz etməyib.