Hamam Times Meydan TV-yə istinadən xəbər verir ki, Bakıda yerləşən “Location” klubunda baş verən partlayışda xəsarət alanlardan 2 nəfərinin xarici ölkə vətəndaşı olduğu bildirilir.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir:
“Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir”.Məlumatda ümumilikdə 31 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı, 1 nəfərin öldüyü xatırlanıb:
“Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilib”.
37 nəfərin yaralandığı bildirilir
Aprelin 3-də saat 03:00 radələrində paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” adlı gecə klubunda partlayış baş verib.
Partlayış nəticəsində gecə klubunun işçisi, 1979-cu il təvəllüdlü Maya Axundovanın öldüyü bildirilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Baş Prokurorluq 37 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, onlardan dördünün vəziyyətini çox ağır olduğunu bildirib:
Foto:Meydan TV
Mənbə: Meydan TV