Belqradda ictimai nəqliyyat pulsuz olub

Belqrad şəhərinin meri Aleksandar Şapiç bildirib ki, şəhərin əhalisi artıq nəqliyyata pul xərcləməyəcək. O qeyd edib ki, şəhər tıxac problemi ilə üzləşir, son 10 ildə yollardakı avtomobillərin sayı 250 minə artıb.

Belqrad metro sistemi olmayan azsaylı Avropa paytaxtlarından biridir. Burada metronun 2030-cu ilə qədər istifadəyə verilməsi planlaşdırılır, lakin layihə gecikmələrlə üzləşir.

Mer əlavə edib ki, 2027-ci ilə qədər bütün avtobus, tramvay və trolleybus parkı yenilənəcək.

Sizcə, Azərbaycanda tıxac probleminin həlli necə olmalıdır?

Leave A Reply