Siyasətdən komediyaya
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukraynanın “31 dekabra gedən qatar” adlı Yeni il komediyasında rol alıb.
Bu barədə əsas rollardan birinin ifaçısı Yuri Qorbunov məlumat yayıb.
“Bizim filmimizdə baş rola çəkilməyə razılıq verdiyi üçün “Consonyuk” adlandırdığımız Boris Consona təşəkkür edirik”, – Qorbunov bildirib.
Filmin premyerası yanvarın 1-nə planlaşdırılıb.
Xatırladaq ki, Boris Conson 2019–2022 illərdə Böyük Britaniyanın Baş naziri olub.