Botsvana Prezidenti siyasi mübahisə fonunda rəsmi Berlini 20 min fil göndərməklə hədələyib.
Bu ilin əvvəlində Almaniyanın Ətraf Mühit Nazirliyi fil sümüklərinin idxalına daha sərt məhdudiyyətlər qoyulmasını təklif edib.
Bu, fillərin ovlanması üzrə Afrikanın əsas ölkələrindən biri olan Botsvananın qəzəbinə səbəb olub.
Ölkənin Prezidenti Mokqvetsi Masisi deyib ki, Almaniyanın təklifi botsvanalıların daha da yoxsullaşması ilə nəticələnəcək:
“Botsvana daha əvvəl Anqola kimi ölkələrə 8000 fil verib. Fillərin sayını azaltmaq üçün Mozambikə də yüzlərlə fil təklif edilib. Biz Almaniyaya da belə bir hədiyyə təqdim etmək istərdik. Bu, bir zarafat deyil və Berlindən “yox” cavabını qəbul etməyəcəyik”.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.