Britaniya və Ukrayna “100 illik tərəfdaşlıq sazişi” imzalayıblar
Bununla da Böyük Britaniya Ukraynanın mövcudluğunun qarantı kimi çıxış edəcək.
Tərəfdaşlıq sazişində qeyd olunur ki, Böyük Britaniya Ukraynanın NATO üzvlüyünə dönməz yolunu güclü şəkildə dəstəkləyir.
Sözügedən saziş Rusiyanın davam edən təcavüzünün qarşısını almaq üçün ümumilikdə hərbi əməkdaşlığı təşviq edəcək; Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyi gücləndirmək üçün isə dəniz təhlükəsizliyi sahəsində ölkələr arasında daha sıx hərbi əməkdaşlığa fürsət yaradacaq.
