“Zangazur tankeri Rusiya neftini üçüncü ölkələrə daşıyır”

Britaniya baş naziri Keir Starmer Rusiya neftini daşıyan 100-ə yaxın gəmini “Rusiyanın kölgə donanması” adlandıraraq, onlara qarşı sanksiya paketi elan edib.

“Rusiyanın kölgə donanma”sına “Zangazur” neft tankeri də daxil edilib.

“Zangazur” neft tankeri ASCO-ya (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC) məxsusdur. ASCO bu gəmini Palmali şirkətindən alıb. Gəmi, əvvəlcə, “Shah Deniz”, daha sonra “Zərifə Əliyeva”, ən sonda isə “Zangazur” adlandırılıb.

“Zangazur” tankeri barədə Britaniya hökumətinin rəsmi saytında belə yazılıb:

“Zangazur” tankerinin məşğul olduğu fəaliyyətlərin məqsədi və ya nəticəsi Ukraynada sabitliyi pozmaq, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və ya müstəqilliyini pozmaq, təhdid etmək və ya Rusiya hökumətindən fayda əldə etmək və ya ona dəstək olmaqdır. “Zangazur” tankeri konkret olaraq Rusiya mənşəli neft və ya neft məhsullarının Rusiyadan üçüncü ölkəyə daşınması ilə məşğuldur.

Leave A Reply