Cənubi Koreya yeni doğulan hər uşaq üçün 125 min manat vermək istəyir.

Cənubi Koreyada keçən il doğuş sayı rekord həddə aşağı səviyyəyə düşüb.

Bu göstəricinin 2024-cü ildə daha da azalacağı ehtimal olunur.

Doğuş sayının davamlı azalması hökumətin bu istiqamətdəki siyasətinin səmərəsiz olması ilə bağlı tənqidlərə səbəb olub.

Hazırda uşağı olan koreyalı valideynlər uşağın doğulduğu andan 7 yaşına çatana qədər müxtəlif təşviq və dəstək proqramları vasitəsilə 35 milyon vondan 50 milyon vona qədər (40-60 min AZN) məbləğdə pul alırlar.

Leave A Reply