Bu həftə İqtisadiyyat Nazirliyi üçün məsləhət xidmətlərinin satın alınması tenderinin nəticələri elan edilib.

Qalib “Omni” QSC adlı şirkətlə 1 milyon 491 min 500 manat məbləğində müqavilə imzalanıb.

Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Rəsmi saytlarında qeyd olunduğuna görə, şirkət 2002-ci ildə Ceyhun Bayramov, Roman Alloyarov və İsmayıl Zərgərli tərəfindən yaradılıb.

“Meydan Tv”nin “Xarici İşlər naziri Ceyhun Bayramovun ailə sərvəti” adlı araşdırmasında sübut olunur ki, şirkətin səhmlərinin 30%-lik hissəsi Ceyhun Bayramovun həyat yoldaşı Aygün Bayramovanın adına keçirilib.

Leave A Reply