Bu həftə İqtisadiyyat Nazirliyi üçün məsləhət xidmətlərinin satın alınması tenderinin nəticələri elan edilib.
Qalib “Omni” QSC adlı şirkətlə 1 milyon 491 min 500 manat məbləğində müqavilə imzalanıb.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Rəsmi saytlarında qeyd olunduğuna görə, şirkət 2002-ci ildə Ceyhun Bayramov, Roman Alloyarov və İsmayıl Zərgərli tərəfindən yaradılıb.
“Meydan Tv”nin “Xarici İşlər naziri Ceyhun Bayramovun ailə sərvəti” adlı araşdırmasında sübut olunur ki, şirkətin səhmlərinin 30%-lik hissəsi Ceyhun Bayramovun həyat yoldaşı Aygün Bayramovanın adına keçirilib.
- Xəbərlər
- Azərbaycanda nə baş verir?
- Qonşuluqda nə baş verir?
- Dünyada nə baş verir?
- Siyasət
- Hüquq və azadlıqlar
- Biznes və iqtisadiyyat
- İdman
- Mədəniyyət
- Video
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.


