Hollandiyanın müstəqil jurnalistika platforması “Follow The Money” və “RTL Nieuws” tərəfindən aparılan araşdırmaya görə, Çin 2018-ci ildən bəri Hollandiya hakimiyyət orqanlarına məlumat vermədən ölkədə ən azı iki “polis məntəqəsi” açıb.
Sözügedən polis məntəqələri Amsterdam və Rotterdamda yerləşir. Hollandiya Xarici İşlər Nazirliyi bildirib ki, hazırda bu xəbərləri araşdırır.
Hollandiya XİN sözçüsü Maksim Hovenkamp qeyd edib ki, “Çin hökuməti heç vaxt diplomatik kanallar vasitəsilə bu mərkəzlər haqqında bizə məlumat verməyib, bu da onları bəri başdan qeyri-qanuni edir”.
BBC-nin məlumatına görə, Çinin xaricdəki polis mərkəzləri “dissident çinlilərə təzyiq” etmək üçün qurulub. İddialara əsasən, Pekinin “beş qitədə, onlarla ölkədə” belə mərkəzləri var.

Leave A Reply