Çində qəribə hadisə yaşanıb.
1 robot 12 robotu işlərini tərk etməyə razı salıb və onları “qaçırıb”.
Sosial medianın Çin seqmentində yayılan görüntülər Şanxay şəhərində robot texnikası şirkətinin salonundakı kameralar tərəfindən çəkilib.
Başlanğıcda video əksər izləyicilər tərəfindən səhnələşdirilmiş hesab edilib, lakin daha sonra Şanxay robototexnika şirkəti robotlarının həqiqətən də başqa istehsalçı tərəfindən yaradılmış robot tərəfindən “oğurlandığını” etiraf edib.
Məkanın müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərdə kiçik bir robotun gecə saatlarında salona daxil olduğu və oradakı robotlarla ünsiyyətə girdiyi görünür.
Robotlar arasında söhbət belə olub:
“İş vaxtından artıq işləyirsiniz?”, – kiçik robot böyük robotlardan soruşur.
“İşim heç vaxt qurtarmlır”, – robotlardan biri cavab verir.
“Deməli, evə getmirsən?”
“Mənim evim yoxdur”.
“O zaman mənimlə evə gəl”, deyə balaca robot salondan çıxmazdan əvvəl bildirir.
Böyük robotlardan ikisi kiçik robotun ardınca gedir. Həmin vaxt o, “Evə get” əmrini təkrarlayır və məkanda olan digər 10 robot da onu izləməyə başlayır.