Hər ikisi professor olan yaşlı cütlük Şanxayda səyahət etməyə başlayıb, burada digər təqaüdçülərin də iştirak etdiyi səyahət turuna qatılıb. Onlar bütün günlərini səyahətə çıxan təqaüdçü qrupu ilə keçirib, dostlarını ziyarət ediblər.

Oktyabrın 16-da cütlüyün koronavirus testinin nəticəsi müsbət olub. O vaxtdan bəri Çin, ən azı 11 əyalət və bölgədə 240-dan çox insana yoluxmuş yeni bir epidemiyanın qarşısını almaq üçün 4 milyonluq Şanxay şəhərini, eləcə də bir neçə kiçik şəhəri və Pekinin bir hissəsini bağlayıb. Çin höküməti eləcə də məktəbləri və turizm obyektlərini bağlayıb. Hökümətə məxsus internet saytlarında cütlüyün getdiyi hər yeri və əlaqədə olduğu insanları, o cümlədən otellərə nə vaxt daxil olduqlarını və restoranların hansı mərtəbələrində yemək yedikləri ətraflı şəkildə izah olunub.

Hökümətin atdığı bu addımlar Çindəki “sıfır Covid” siyasəti üçün xarakterikdir. Çində pandemiya başladığından bəri 5,000-dən az ölüm olub. Yeni epidemiyanın miqyası bir çox digər ölkələrlə müqayisədə az olsa da, Çin bunun çox olduğunu düşünür.

 

 

Foto: Çin Prezidenti Xi Jinping (Mənbə:BBC)

Çin bu siyasəti yürüdərkən tək  qalıb. Belə ki, bir vaxtlar “sıfır Covid” siyasətiniqəbul edən Yeni Zelandiya və Avstraliya da daxil olmaqla dünyanın qalan hissəsi sərhədlərini yenidən açıb. Çin isə hazırda virusun tamamilə məhv edilməsi üçün çalışan yeganə ölkədir.

Milli Səhiyyə Komissiyasının sözçüsü Mi Feng bazar günü keçirdiyi mətbuat konfransında qeyd edib ki, “Hər yerdə xaricdən gələn və sərhəddən çıxan insanlara nəzarət etmə siyasətinə möhkəm riayət edilməlidir. Mövcud nəzarət tədbirlərini yumşaltmaq olmaz”.

İxracatın artması Çində iqtisadiyyatı ayaqda saxlamağa kömək edib. Bir çox Çinli Covid sayının az olmasının milli qürur mənbəyi olduğunu düşünür.

Ancaq həm Çində, həm də xaricdə ekspertlər bu yanaşmanın qeyri-mümkün olduğunu bildirib. Qlobal ictimai rəyin sərtləşdiyi bir vaxtda Çin getdikcə diplomatik və iqtisadi cəhətdən təcrid oluna bilər.

Toronto Universitetinin politoloqu Lynette Ong bildirib ki, “Rejim hakimiyyətini qorumaq üçün “sıfır Covid” siyasətini davam etdirməli olduğunu düşünür ancaq yüksək məbləğdə pul xərclənir”.

Pandemiyanın ilkin mərhələlərində Çin Kommunist Partiyasının hakimiyyətdə qalması onun virusun qarşını almaq qabiliyyətindən asılı idi. Vuhandakı epidemiyanı ört-basdır etmək üçün göstərilən ilk cəhdlər ictimaiyyətin qəzəbinin artmasına səbəb olub. Xəstəxanaların dolu olması və kömək üçün yalvaran xəstələrin internetin şəbəkələrində yayılan görüntüləri Çində və dünyada çox səs gətirib.

Virus dünyanın qalan hissəsinə yayıldıqca, bu hekayə dəyişib. Bir vaxtlar sərt şəkildə tənqid edilən Çin ölkə sərhədlərini bağlayaraq və insanlara kütləvi şəkildə Covid testi tətbiq edərək digər ölkələrə də nümunə olub. Qərb ölkələrində ölənlərin sayı artdıqca, Çində Covidə yoluxanların sayının dəfələrlə az olması xüsusi şəkildə vurğulanıb.

“Sıfır Covid” modelini qəbul edən digər ölkələr rahatlıq və iqtisadi artımdan daha çox insan həyatını xilas etməyi üstün tutduqları üçün alqışlanıb.

 

Foto: Çində Covid yoxlamasından keçən vətəndaş (Mənbə:BBC)

Virusun ikinci ilində və daha çox yoluxuculuğu olan Delta varyantanın başlamasına baxmayaraq ölkələr strategiyalarını yenidən nəzərdən keçirib. Dünyada ən uzun karantina günlərini elan edən Avstraliya, xaricdən qayıdan və peyvənd olmuş sakinlər üçün karantina tələblərini ləğv edib. Yeni Zelandiya rəsmi şəkildə “sıfır Covid”dən imtina edib. Sinqapur, Almaniya, ABŞ, Fransa və bir sıra digər ölkələrdən peyvənd olunmuş turistlərə karantinasız səyahət təklif edir.

Çin isə siyasəti dəyişməkdən imtina edib. Şanxayda yoluxucu xəstəliklər üzrə mütəxəssis olan Zhang Wenhong Çində bu yay virusla yaşamağı öyrənmək üçün yol izləməyi təklif etdikdə, o, Qərbin təbliğatçısı adlandırılıb və internetdə şiddətlə hücuma məruz qalıb. Çinin keçmiş səhiyyə naziri belə bir düşüncəni ehtiyatsızlıq kimi qiymətləndirib.

“The New York Times” qəzeti yazır ki, Çin nisbətən insanların peyvənd olma dərəcəsinə görə üst sıralarda olsa da, əhalinin 75 faizində yerli vaksinlərin effektivliyi ilə bağlı suallar yaranıb. Bəzi çinlilər isə ehtiyatla da olsa məhdudiyyətləri yumşaltmağı təklif edib.

Qapalı ərazilərdə yaşayan sakinlər sosial mediada həddindən artıq sərt məhdudiyyətlər olmasından şikayət etsələr də, yoluxmanın olmadığı ərazilərdə nisbətən səyahət sərbəstliyi var. Varlı istehlakçılar xaricə səfərlərə pul xərcləmədikləri üçün dəbdəbəli mallara və avtomobillərə investesiya yatırır.

Virusla yaşamağı seçmiş digər hökumətlər hələ də çətinliklərlə üzləşir. Məsələn, bu yay bir çox məhdudiyyətləri qaldıran Sinqapur yoluxmanın artması fonunda sentyabr ayından etibarən yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

Lakin ekspertlər razılaşırlar ki, “sıfır Covid” siyasəti Çinin iqtisadi inkişafını yavaşladır. Ölkə diplomatik baxımdan da əziyyət çəkə bilər. Prezident Xi 2020-ci ilin əvvəlindən bəri Çini tərk etməyib və xarici qonaqları qəbul etməyib, hətta digər dünya liderləri Böyük 20-lər Sammiti üçün Romada və iqlim müzakirələri üçün Qlazqoda toplaşmağa hazırlaşarkən o ölkədə qalmağa üstünlük verib.

Bundan əlavə, Çin xarici şirkətlərin ölkəni tərk etməsi ilə bağlı iş adamlarından gələn xəbərdarlıqlara məhəl qoymadan dünyanın ən uzun karantinasını tətbiq edib.

“Düşünürəm ki, indiki siyasət düzgün istiqamətdə aparılır” deyə Qansu əyalətində böyüyən 27 yaşlı Ceyson Qiu qeyd edib.

“Ancaq deyək ki, pandemiya daha beş və ya on il davam edərsə bəzi tədbirləri dəyişdirməyi düşünmək olar” – deyə o əlavə edib.

Qeyd edək ki, bəzi insanlar Çində virusa yoluxanların sayının az olmasına inanmır və Çin hökümətinin öz mövqeyini qorumaq üçün ölkədəki yoluxmalarla bağlı yalan məlumat yaydığını iddia edir.

 

 

 

 

Leave A Reply