Apple iPhone istehsalçısı Pegatron, Şanxayda Covid-in yayılması ilə bağlı sərt tədbirlərə görə istehsal prosesini müvəqqəti olaraq dayandıran şirkətlər sırasına qoşulub.

Tayvanda yerləşən Pegatron texnologiya şirkəti Çindəki iki fabrikində istehsalı müvəqqəti dayandırdığını açıqlayıb.

Ötən çərşənbə axşamı səlahiyyətlilərin Şanxayda bəzi koronavirus tədbirlərinin yumşaldıldığını elan etməsinə baxmayaraq, yeni bəyanat yayılıb.

Şanghay'daki Yangşan limanı

Şanxaydakı Yangşan limanı

 

Tədbirlərin yumşaldılması nəticəsində şəhərin 25 milyon əhalisi həftələr ərzində ilk dəfə evlərini tərk edə biləcək.

Pandemiyanın ortaya çıxdığı 2019-cu ildən bəri Çin, Şian və Vuhan da daxil olmaqla, bəzən böyük şəhərlərdə milyonlarla insana təsir edən ciddi karantina tədbirləri həyata keçirib.

Şanxayda bu günə qədər ən böyük karantinanın həyata keçirilməsi şəhər həyatına böyük təsir göstərib, çünki şəhər Çinin maliyyə və istehsal sənayesinin mərkəzidir. Şanxayda həm də dünyanın ən böyük limanı yerləşir.

BAŞQA FABRİKLƏR DƏ QAPADILIB

Bir çox şirkətin yerləşdiyi şəhər, Covid-ə yoluxmuş xəstələrin sayının ciddi artmasından sonra martın sonlarında karantinaya alınıb.

Petagron, səhm bazarına verdiyi açıqlamada, Covid-19-un yayılmasının qarşısını almaq üçün yerli hakimiyyət orqanlarının Şanxay və Kunşan yaxınlığındakı iki fabrikində istehsalı dayandırdığını söyləyib.

Şirkət həmçinin “istehsalın mümkün qədər tez başlaması üçün” səlahiyyətlilərlə əməkdaşlıq edəcəyini bildirib.

Yaponiyanın Nikkei qəzetinin məlumatına görə, aparıcı Apple MacBook istehsalçısı Quanta və iPad istehsalçısı Compal Electronics də Çində fəaliyyətini dayandırıb.
Pegatron BBC-nin suallarına ətraflı cavab verməyib. Apple, Quanta və Compal da hələ BBC-yə şərh verməyib.

TEDARİK ZİNCİRİ YANGINININ ÜZERİNE BENZİN

“Wedbush Securities ” adlı firmanın eksperti Dan Ives, karantinanın istehsalata təsir edəcəyini düşünür.

Ives bu ayın əvvəlindən bu yana 3 milyon iPhone məhsulunun təsirləndiyini və karantinanın davam etməsi halında bu təsirin daha da artacağını söyləyir.

Ives həmçinin hesab edir ki, karantina 2 milyon iPad və təxminən 1 milyon MacBook istehsalına təsir göstərə bilər.

“Pegatron-un fabriklərini dayandırması yanğının, Apple hissələrinin və iPhone brendinin digər məhsullarının tədarük zəncirinin üzərinə benzin tökmək kimi olub. Təchizat zənciri problemləri daha da pisləşib”.

Apple üçün iPhone-ları da yığan başqa bir Tayvan şirkəti Foxconn keçən ay Şenzendəki fabrikində istehsalı dayandırıb.

Şirkət oradakı istehsalı başqa yerlərə köçürüb, eyni zamanda işçilərin fabrikdə yaşayıb gecələdiyi Şenzendə qapalı istehsalat sisteminə başlanıb.

Leave A Reply