ABŞ prezidenti Co Bayden İlham Əliyevə məktub göndərib.

Bayden məktubunda Əliyevi sülh müqaviləsini imzalamağa çağırıb:

“Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək. 

Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz.

Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.

Məktubu İlham Əliyevlə görüşən ABŞ prezidentinin xüsusi köməkçisi, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter təqdim edib.

Leave A Reply