Avropa İttifaqı İlham Əliyevi Ermənistana ərazi iddialarında ittiham edir.
Foto: Hamam Times
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Azərbaycan Prezidenti İlham Əliyevi Ermənistana ərazi iddialarında ittiham edib və bundan narahatlığını ifadə edib.
“Prezident Əliyevin son ərazi iddiaları böyük narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı yolla pozulması yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, – Cozef Borel belə deyib.