Amerikanın Minnesota ştatında yaşayan azərbaycanlı gənc Lalə Bəylər Harvard Universitetinə qəbul olub.
Lalə Harvarddan əlavə, Yale Universiteti tərəfindən YES (Yale Engenering and Science Scholar) Scholar da seçilib.
Lalə deyir ki, gələcəkdə əsas məqsədi riyaziyyat professoru olmaqdır. Harvardı bitirdikdən sonra doktoranturaya müraciət etmək niyyətindədir.