Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti polis əməkdaşının vətəndaşın cibinə narkotik atdığı iddia edilən görüntülərin 5 il əvvələ aid olduğunu deyir.
Onun sözlərinə görə, ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb.
O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb.
Daha sonra polis mayoru əlavə edib ki, saxlanılan şəxsin ərazidə axtarışı aparılan digər şübhəlilərlə əlaqəsi yoxdur, onun barəsində aqressiv davranışına görə inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə tətbiq edilməklə sərbəst buraxılıbV