Donald Tramp dünyanı idarə edərək həyatın dadını çıxardığını deyir.

ABŞ Prezidenti işə başlamasının 100-cü günündə “The Atlantic” jurnalına müsahibə verib.
Tramp gördüyü işlərin çox ciddi işlər olduğunu və çoxlu əyləndiyini deyib:
“Birinci prezidentlik dönəmində mənim iki işim var idi: ölkəni idarə etmək və sağ qalmaq. Mənim ətrafımda fırıldaqçı adamlar var idi.
İkinci dönəmdə isə ölkəni və dünyanı idarə edirəm.”