Dünyanın gündəmi!

ABŞ-da prezidentliyə namizəd Donald Tramp çıxışı zamanı silahlı hücuma məruz qalıb. Reuters agentliyi yazır ki, siyasətçi sui-qəsd cəhdindən sağ çıxıb, iki nəfər öldürülüb. Atışma zamanı bir neçə nəfər yaralanıb.

D. Tramp sosial mediada yaydığı açıqlamada atəş açan şəxsin öldürülüdüyünü bildirib: “Güllə qulağımın yuxarı nahiyəsini deşib. Atəş səsləri eşitdim və güllənin qulağımın dərisi cırdığını hiss etdim. Qanaxma baş verib. Hazırda özümü yaxşı hiss edirəm”

                                          Foto: Getty Images


Prezident Bayden hadisədən sonra bəyanat verib. “Amerikada bu cür zorakılığa yer yoxdur. Biz millət olaraq bunu pisləyirik. Trampa və digər zərərçəkənlərə dua edirəm.”

Rəsmilər Trampın mitinqində baş verən atışmanın sui-qəsd cəhdi kimi araşdırıldığını bildirir.

Leave A Reply