🇹🇷 Türkiyə Xarici İşlər Nazirliyi səssiz qalıb, açıqlama yoxdur!
🇰🇿 Türk Dövlətləri Təşkilatının üç üzvü Qazaxıstan, Qırğızıstan, Özbəkistan və bir müşahidəçi üzvü Türkmənistan bir-birinin ardınca Cənubi (Yunan) Kiprə səfirlər təyin ediblər.
🇪🇺 Ötən həftə Avropa Komissiyası Mərkəzi Asiya ölkələri liderləriylə görüşmüş, regiona 12 milyard avro sərmayə qoyacaqlarını açıqlamışdılar.
🇺🇳 Qəbul edilən BMT Təhlükəsizlik Şurasının 550 və 541 saylı qətnamələrində isə deyilir ki, separatçı cəhdlər nəticəsində elan edilmiş qondarma “Şimali Kipr Türk Cümhuriyyətinin tanınmaması çağırışı təkrarlanır, bütün dövlətlərin bu struktura heç bir şəkildə yardım və ya dəstək verməməsi vurğulanır”.
🇷🇺 Rusiyaya yaxın EurAsia Daily qəzeti yazır ki, “Orta Asiya ölkələri Türkiyədən uzaqlaşdı”. Məqalədə qeyd olunub ki, Türkiyənin Avropa İttifaqıyla rəqabət aparmaq “gücü yoxdur”.
🇦🇿 Azərbaycan prezidenti İlham Əliyev ötən həftə çıxışında deyib ki, Kipr türkləri öz dövlətlərinə sahib olmağa layiqdirlər. Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq ictimaiyyət tərəfindən tanınana qədər sona qədər yanlarında olacaq.
