Frank Çamizo: “Dünya Güləş Birliyinə təşəkkürümü bildirirəm”.
Dünya Güləş Birliyi Turan Bayramov – Frank Çamizo görüşü ilə bağlı qərarını açıqlayıb.
İntizam Komitəsi görüşün hakimlərinə müxtəlif cəzalar verib.
Xalça hakimi Roman Pavlov və hakim İbrahim Cicoğlunun ilin sonunadək bütün yarışlardan uzaqlaşdırılıb.
Görüşə təyin olunan digər ədalət təmsilçiləri Ali Sayvan oktyabrın 30-dək, Aleksey Bazulin, Kamel Buaziz və Kase Gossel isə iyunun 30-dək diskvalifikasiya olunublar.
Qərarda Beynəlxalq Güləş Qaydalarının 53-cü maddəsinə görə, xalçada qalib elan edildikdən sonra heç bir halda nəticənin dəyişmədiyi bildirilib.