Milyarder Elon Mask deyib ki, əgər BMT onun sərvətinin çox kiçik bir hissəsinin on milyonlarla insanın həyatını xilas edə biləcəyini sübut edə bilsə, Tesla səhmlərini satıb gəliri bu işə bağışlayacaq.
BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli keçən həftə CNN-in “Dünyanı birləşdirin” proqramına verdiyi şərhdə Musk və Jeff Bezos kimi milyarderlərin 6 milyard dollarlıq ianəsinin 42 milyon insana kömək edə biləcəyini demişdi. “Onlara səsimiz çatmasa, bu insanlar öləcək”.
Lakin Mask xüsusi məbləğin aclıq böhranını həll edəcəyi iddiasına etiraz edərək, Twitter-də yazıb ki, Dünya Ərzaq Proqramı öz hesablamasını göstərə bilsə, o zaman Tesla səhmlərini satıb bunu edəcək. O, həmçinin pulun necə xərclənəcəyi ilə bağlı şəffaflıq da tələb edib.
Devid Bisli daha əvvəl öz Twitter hesabında yazmışdı ki, 6,6 milyard dollar humanitar böhranla üzləşən 42 milyon insanı xilas edə bilər.
Bisli öz Twitter hesabında Maska belə cavab verib: “Sizi əmin edə bilərəm ki, bizdə şəffaflıq və açıq mənbəli mühasibatlıq sistemləri var. Komandanız nəzərdən keçirə və tam əmin olmaq üçün bizimlə işləyə bilər”.
İllustrasiya: Elon Mask
Tesla-Hertz razılaşması səbəbindən Elon Maskın xalis sərvətinin bir gündə 36 milyard dollar artdığını vurğulayan Bisli bildirib ki, Maskın bir gündə qazandığının ⅙ hissəsi 43 ölkədə aclıq çəkən 42 milyon insanı xilas edə bilər.