Əfqanıstanda Azərbaycan dili dərsləri keçiriləcək.

Paytaxt Kabil şəhərində Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədilə tədris mərkəzi açılıb.

Tədris mərkəzi Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə yaradılıb.

Kabildə yerləşən məktəbdə eyni vaxtda 60 nəfər şagird təhsil ala biləcək.

Qəribədir ki, Əfqanıstanda məktəb açan hökumət Azərbaycanda məktəblərin sayını azaltmağı planlayır.

Daha əvvəl mediada yayılan xəbərlərə görə, Azərbaycanda 1500-yə yaxın məktəb bağlanacaq. Bu isə hazırda ölkədəki hər 3 məktəbdən 1-i deməkdir. 

Təhsil naziri bu prosesə yaxşı bir ad da tapmışdı – “rasionallaşdırma”. 

Leave A Reply