Şimali Koreya bunu bəyəndi…
“Bir qanun göstərin ki, orada “valideyn vaxtilə deputat olubsa, övladı deputat ola bilməz” yazılıb.
Buraxılmış parlamentin deputatı Elman Nəsirov deputatların övladlarının namizədliyi haqqında danışıb:
“Bəzi insanların “atalar deputat olub, indi də övladları deputat olur” kimi yanaşmaları var. Gəlin onda əksini də fikirləşək. Övlad deputat olmaq istəyir və fərqindədir ki, seçən xalqdır.
Belə olan halda o, deputatlıq istəyini həyata keçirə bilmir. Səbəb də budur ki, anası və ya atası vaxtilə deputat olub. Bu yanaşma doğrudurmu? Onun günahıdırmı ki, valideyni vaxtilə deputat olub?”, – E.Nəsirov bildirib.