Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında etdiyi paylaşımda keçmiş xələfi Elmar Məmmədyarova söz atıb.

“Dünən gözlənilmədən ARB-24 telekanalı məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin yutub kanalında məni əvəz edəcək…

Ah, “Rus evi” – sən necə də çoxüzlüsən”, – T. Zülfüqarov bildirib.

Elmar Məmmədyarov isə cavab verib:

“Bilirsiniz, mən belə deyə bilərəm: şokolad deyiləm ki, hamının xoşuna gələm. Mənim də xoşuma gəlməyən adamlar var. Mən onları izləmirəm, heç qulaq da asmıram. Onlar barədə söz demək istəmirəm. Kim nə deyirsə, özü bilər”.

Leave A Reply