Emin Ağalarovun sahibi olduğu “Sea Breeze” şirkəti İsrailin “Makkabi Netanya” futbol klubuna sponsorluq etməyi ilə günmədə düşüb.

Sponsorluq əməkdaşlığı 1 il əvvəl, ötən ilin avqust ayında imzalanıb.

İsrail təmsilçisi Emin Ağalarovun şirkətini klubun yeni əsas sponsoru kimi təqdim edib. Artıq bir ildir ki, şirkətin loqosu komandanın oyun formalarında yer alır.

“Makkabi” yaydığı açıqlamada bu tərəfdaşlığın klub üçün mühüm mərhələ olduğunu vurğulayıb:

“Bu tərəfdaşlıq inkişaf yolumuzda vacib addımı və klubumuz üçün əhəmiyyətli beynəlxalq əməkdaşlığı ifadə edir. Sea Breeze Resort & Residences şirkətinə göstərdiyi etimada və bizimlə eyni yolu paylaşdığına görə təşəkkür edirik”.

Sea Breeze şirkətinin tərəfdaşı Arad Tevakol isə qeyd edib ki, bu əməkdaşlıq İsrail ilə Azərbaycanın turizm və biznes əlaqələrinin inkişafına da töhfə verəcək:

“Daşınmaz əmlak, turizm və istirahət sahəsində fəaliyyət göstərən beynəlxalq şirkət olaraq, “Makkabi” ilə tərəfdaşlığı İsraillə Azərbaycandakı layihələrimiz arasında körpü yaratmaq imkanı kimi qiymətləndiririk. Klubun təmsil etdiyi dəyərlər Sea Breeze brendinin prinsipləri ilə üst-üstə düşür”.

Emin Ağalarovun sahibi olduğu “Sea Breeze”

Leave A Reply