“Fransa Ukraynaya qoşun göndərmək məcburiyyətində qalarsa, məsuliyyəti daşıyacaq yeganə şəxs Kreml rejimidir”
Bunu Fransa Prezidenti Emmanuel Makron yerli televiziyalara müsahibəsində deyib.
Makron deyib ki, Fransa Rusiya ilə müharibə aparmır, lakin Moskvadan eskalasiyaya hazır olmalıdır.
“Rusiya qalib gəlsə, fransızların həyatı dəyişəcək və onlar Avropada artıq təhlükəsiz olmayacaqlar”.