Erməni soyqırımının tanıması ilə bağlı İsrail hökuməti yeni qətnamə qəbul edib.

İsrail xarici işlər naziri Gideon Saar keçən həftə bu qətnamə təklifi ilə çıxış edib.

Bu gün isə İsrailə hökuməti bu təklifi səsverməyə çıxararaq, yekdilliklə qəbul edib.

Gideon Saar qətnaməni belə şərh edib:

“Düzgün işi görmək üçün heç vaxt gec deyil. 100 ildən çox əvvəl baş verən və tarixi faktlarla bağlı heç bir mübahisəsi olmayan bu dəhşətli soyqırım 1,5 milyon insanın qətlini və qədim mədəni və tarixi irsin məhv edilməsini əhatə edirdi.

Mənim fikrimcə, bu gün təsdiqlədiyimiz qətnaməni qəbul etmək yəhudilər və əlbəttə ki, yəhudi xalqının dövləti olaraq bizim mənəvi borcumuzdur”.

Erməni soyqırımının tanıması

Leave A Reply