Gürcüstan bitdi, Ermənistan başladı, Azərbaycan…
Ermənistan hökuməti Avropa İttifaqına üzvlük prosesinin başladılması barədə qərar layihəsini təsdiqləyib.
![](https://hamamtimes.tv/wp-content/uploads/2025/01/IMG_1565.jpeg)
Məsələ bu gün Ermənistan hökumətinin iclasında müzakirə edilib. Bu ayın sonunda sözügedən məsələ parlamentdə müzakirəyə çıxarılacaq.
İclasda iştirak edən Nikol Paşinyan qeyd edib ki, bu, hələ Ermənistanın Avropa İttifaqına üzvlüyü demək deyil, çünki sözügedən məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə qəbul edilə bilər:
“Lakin qeyd etmək lazımdır ki, referendumdan əvvəl müəyyən addımlar atmalı, Avropa İttifaqı ilə yol xəritəsini müzakirə etməliyik”.