AzadlıqRadiosu Erməni xidmətinin verdiyi xəbərə görə bu barədə bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan verib. Paşinyan Facebook-da yazıb:
“Mən qoşunlara bağlı şəxsi heyəti ərazi üzrə hərbi komissarlıqlara gəlməyə çağırıram”.
Bundan əvvəl Qarabağın separatçı rejimi ümumi səfərbərlik elan etmişdi.
Azatutyun bildirir ki, sentyabrın 27-də Nikol Paşinyan Azərbaycanın Qarabağda genişmiqyaslı hücuma keçdiyini bəyan edib.
Mənbə: Azadlıq Radiosu