Ermənistan BMT-nin Qarabağda müşahidə missiyasının yekun rəyindən məyus olub.

Bu barədə Ermənistanın Xarici İşlər Naziri Mirzoyan bildirib. Onun sözlərinə görə BMT-nin rəyi tərəfkeşdir:

“Orada Azərbaycanın irimiqyaslı hücumu, mülki infrastrukturun hədəfə alınması, Laçın dəhlizinin 9 aydan artıq blokadada qalması və bunun nəticəsində yaranmış humanitar böhran nəticəsində çoxsaylı qurban və yaralananlara istinad edilmir”.

Xatırladaq ki, BMT’nin Qarabağa səfər edən müşahidə missiyası hərbi əməliyyatlar zamanı Xankəndidə və ətraf şəhərlərdə mülki və ictimai infrastruktura heç bir zərər gəlmədiyini bildirib.

Eyni zamanda missiyanın yerli əhalinin evlərini qəfil tərk etməsi və bu təcrübədən yaranan əzablardan təsirləndiyi qeyd edilir.

Leave A Reply